Özgü Namalla Özcan Dənizin serialından şikayət var

Özgü Namalla Özcan Dənizin serialından şikayət var
1495 dəfə oxunub
  • A-
  • A
  • A+

"FOX TV"də yayımlanan daha bir serialdan "RTÜK"ə (Türkiyədə Radio və Televiziya Ali Şurası) şikayət edilib.

Axşam.az xəbər verir ki, şuranın sədri Ebubekir Şahin ekran işinin ilk bölümündə "Ali-İmran surəsi"dən olan "Bir-birinizə düşmən idiniz və Allah qəlblərinizi birləşdirdi" ifadə ilə bağlı araşdırma başladıldığını bildirib. Onun sözlərinə görə, qruma daxil olan şikayətlər əsasında şuranın ekspertləri bölümü analiz edəcək.

Qeyd edək ki, "Kızıl goncalar" serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır.

Daha əvvəl də sözügedən telekanalın serial və layihələri şikayətlər əsasında cəzalandırılıb.