Brilliantdan yeni mahnı: “Səndən ayrı”
Xalq artisti Brilliant Dadaşova “Səndən ayrı” adlı yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Tural Bayraməliyevə məxsudur.
Qeyd edək ki, müəllif Türkiyədə aranjiman edilmiş mahnıya klip çəkdirəcəyini də bildirib. O, ekran işini avropalı rejissora həvalə edəcək.