Aktrisa Nikol Kidman “Vogue” jurnalının Avstraliya buraxılışının fevral sayında yer alıb.
Axşam.az xəbər verir ki, 56 yaşlı aktrisa nəşrin üz qabığı üçün kamera qarşısına keçib.
İlanlarla fotosessiya etdirmək də məhz Nikolun ideyası olub. O, müsahibəsində ilanları sevdiyini və çox gözəl olduqlarını deyib.
Nikol vurğulayıb ki, qadının həyatı 33 yaşından sonra başlayır:
"33 yaşın çox güclü yaş olduğunu deyirlər. Biri mənə dedi ki, sənin yaşamağa başladığın yaşdır".
Məhz aktrisanın 33 yaşı tamam olarkən "Mulen Ruj!" adlı musiqili filminin çəkilişləri başa çatıb və bu rol ona ilk "Oskar"ını qazandırıb.