Mübariz Tağıyevin Gəncədəki konsertindən - Fotolar

Mübariz Tağıyevin Gəncədəki konsertindən - Fotolar
537 dəfə oxunub
  • A-
  • A
  • A+

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev “Xatirə” adlı konsert proqramı ilə çıxış edib.

Axşam.az-ın məlumatına görə, filarmoniyadan bildirilib ki, konsertdə müğənninin ifasında sevilən mahnıları tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Həmçinin gecədə filarmoniyanın solistləri Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Samir Məmmədov, Yaqub Yaqubzadə, Əli Məmmədov, Azər Verdiyev, Vasif Bayramov sənətkarın repertuarından mahnılar ifa ediblər.

Konserti Şəhriyar Tağıyevin rəhbərliyi Estrada Ansamblı müşayiət edib.