Nazir onlarla görüşdü

Nazir onlarla görüşdü
485 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Milli İncəsənət Muzeyində xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və hazırda təhsilini davam etdirən şəxslərlə görüş keçirib.

Axşam.az xəbər verir ki, görüşün məqsədi həmin şəxslər arasında dialoq və şəbəkələşmə üçün münbit şərait yaradılması, eyni zamanda onların bilik və bacarıqlarından istifadə olunmaqla ölkəmizin mədəni inkişafına töhfə verməkdən ibarətdir.

İştirakçıları salamlayan nazir ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamları ilə gənclərimizin müxtəlif ixtisaslar üzrə xaricdə təhsil alması istiqamətində ardıcıl addımlar atılır:

“Sizlərin bir çoxu möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2007 – 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərində mədəniyyətin müxtəlif sahələri üzrə təhsil almış insanlarsınız. Ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinin inkişafı ilə bağlı qarşımızda qoyulan vəzifələrin və tapşırıqların həyata keçirilməsində beynəlxalq təcrübəyə əsaslanan biliklərə, yanaşmalara ehtiyac var”.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən də gənclərimizin mədəniyyət sahəsi üzrə xaricdə təhsil almalarına mütəmadi dəstək göstərilir. 

Daha sonra görüşdə iştirakçıların maraqlı fikirləri dinlənilib, mədəniyyətin ayrı-ayrı sahələri üzrə diskussiya keçirilib.