Röya: “Allah məni gözəl qadın yaratmayıb, amma..." - video

Röya: “Allah məni gözəl qadın yaratmayıb, amma..." - video
4218 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya Ayxan keçmiş günlərini xatırlayıb.

Axşam.az xəbər verir ki, o, ATV telekanlında yayımlanan “Onlar” verilişinə müsahibəsində xarici görünüşü ilə bağlı deyilən iradlara münasibət bildirib:

“Vaqif Mustafayevlə tanış olanda 9-10-cu sinifdə oxuyurdum. Attestatımı almağa hündürdaban ayaqqabıda getmişdim, hamı qəribə baxır, şəkil çəkdirirdi. “W trio”nun içində ən eybəcəri və ən populyarı idim. 1997-ci ildə AzTV-də oxuyurdum, mənə çəhrayı paltar geyindirmişdilər, qaraçı qızlarına oxşayırdım. İnstaqram səhifəmdə də paylaşmışdım ki, nə yazırsınız, yazın, amma mənə gözəl olmadığımı deməyin. Fotomodeləm ki, gözəl olum? Ömür boyu oxuyacağam. Unutmamalıyıq ki, Allah hər insanı fərqləndirir. Məsələn, məni gözəl qadın yaratmayıb, amma elə aura verib ki, başqa ölkələrdə hava limanında keçəndə soruşurlar ki, siz kimsiniz? Niyə maraqlandıqlarını soruşanda söyləyirlər ki, çox “havalı”san. Oxuduğum 2 həzin sözlə gözlər su ilə dola bilər. Neynirəm o gözəlliyi mən?”.