“Azərbaycan”a klip çəkildi - video

“Azərbaycan”a klip çəkildi -  video
2644 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Nail Naiboğlu xalq artisti Samir Cəfərov və əməkdar artist Lalə Məmmədovanın səsləndirdikləri “Azərbaycan” mahnısına video-çarx hazırlayıb.

Axşam.az-ın məlumatına görə, rejissor ekran işində Azərbaycanın gözəl məkanlarının əks olunduğunu bildirib:
 
“Samir və Lalə kifayət qədər məşhur simalardır. Klipdə onlara yer vermədim. İstədim ki, sırf ölkəmizin gözəl guşələri əks olunsun. Maraqlı alındığına inanıram”.

Qeyd edək ki, mahnının musiqisi millət vəkili Novruz Aslana, sözləri isə şair Baba Vəziroğluna aiddir.

Xatırladaq ki, L.Məmmədova və Samir Cəfərov buna qədər “Gəncənin çinarları” adlı bəstəni də duet şəklində oxumuşdular.