“Anar deyirdi ki, sən mənim Ququşumsan” – Röya

“Anar deyirdi ki, sən mənim Ququşumsan” – Röya
4728 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan “Onlar” verilişində məşhur Cənubi azərbaycanlı ifaçı Ququşa bənzədilməsindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi ona "ulduz" deyilməsini xoşlamadığını bildirib:
 
“Mənə belə deməsinlər, diri-diri ulduz olmaq istəmirəm. Öləndən sonra hamı deyər. Neçə il bundan əvvəl küçədə bir kişi mənə söylədi ki, sən Azərbaycanın Şövkət Ələkbərovasısan. Qoyma, səninlə belə rəftar etsinlər, özünü qoru. İstəmirdi ki, mən yüngül formada təqdim olunum. Bunu bir dəfə efirdə dedim, zibilə düşdüm. Uşaqlıqda atam Ququşu dinlədiyi üçün mən də ona qulaq asardım. Hamının sevimlisi, ən yaxşı dost, mərhum Anar Məmmədxanov mənə “Mənim Ququşumsan. Hələ balacasan, başa düşmürsən. Amma sən gələcəyin Ququşusan” deyirdi. Əslində heç bir müğənniyə qulaq asıb, ondan nəsə götürməyə çalışmıram. Kaş belə bir bacarığım olardı, indi Uitni Hyuston kimi oxuyardım”.