Gənc ifaçı Varşavada klip çəkdirdi - Video

Gənc ifaçı Varşavada klip çəkdirdi - Video
343 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc ifaçı Rəvan Polşanın paytaxtı Varşavada klip çəkdirib.

Axşam.az xəbər verir ki, "İnanma" adlı mahnının sözləri və müsiqisi ifaçının özünə aiddir. Klipin rejissoru Royal Cəfərovdur. Ekran işi Varşava şəhərində peşəkar komanda ilə ərsəyə gətirilib.

Mahnı mayda yayımlanması planlaşdırılan "EP Albom"un ilk sinqlıdır.

Xatırladaq ki, bundan əvvəl türkiyəli məşhur müğənni Hadisə Rəvanla bağlı paylaşım etmişdi. Belə ki, sənətçi özünün "Sıfır Tolerans" mahnısını oxuyan Rəvanın videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

"Sıfır Tolerans"ı bu qədər sevməyiniz məni nə qədər xoşbəxt edir bilməzsiniz. Siz dinlədikcə, siz oxuduqca və siz paylaşdıqca köhnəlmir" deyə, Hadisə qeyd edib.