Araz Ağalarovun ticarət mərkəzində atışma - 99 nəfər öldü+Yenilənib

Araz Ağalarovun ticarət mərkəzində atışma - 99 nəfər öldü+Yenilənib
9873 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. 

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində 12 nəfər qətlə yetirilib, 35 nəfər isə yaralanıb. 

İnsidentin ardınca binada güclü yanğın başlayıb.

Hazırda insanların xilas edilməsi istiqamətində işlər aparılır. 

Qeyd edək ki, ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur. Terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış. Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Xatırladaq ki, ticarət mərkəzi 2009-cu il oktyabrın 25-də açılıb və mərhum Xalq artisti Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.

***

Terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.

***
Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktı nəticəsində 40 nəfərin həlak olmasını təsdiq edib. 

Bildirilir ki, hazırda 100-dən çox şəxsin yaralandığı məlumdur.

***

“Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində yaralananların sayı 146 nəfərə yüksəlib.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərin sayı isə hələlik dəyişməyib. 

***

“Crocus City Hall”da törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayının artacağı istisna edilmir.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.