Telman Adıgözəlovun anım günüdür
Mədəniyyət
15:59 / 17.07.14
Bu gün Azərbaycanın məşhur teatr və kino aktyoru, xalq artisti Telman Adıgözəlovun anım günüdür.
Axşam.az-ın məlumatına görə, 61 yaşı tamam olan mərhum sənətkar 1953-cü ildə Balakən rayonunda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr və kino səhnəsində maraqlı obrazlar yaradıb.
"Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Yol əhvalatı", "Yarımştat" və s. ekran işlərində çəkilən T.Adıgözəlov 2010-cu il aprelin 15-də ürək çatışmazlığından dünyasını dəyişib.