"Avroviziya" təmsilçilərimiz səfirlə görüşdü - Video

"Avroviziya" təmsilçilərimiz səfirlə görüşdü - Video
513 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024" Mahnı Müsabiqəsində ölkəmizi təmsil edəcək Fahree və İlkin Dövlətov İsveçin Azərbaycandakı səfiri Tobias Lorenzsonun qonağı olub.

Axşam.az xəbər verir ki, səfir azərbaycanlı iştirakçılara dəstəyini dilə gətirib və yarışmada uğurlar arzulayıblar.

Səfirliyin ticarət və mədəniyyət üzrə müşaviri Sirus Rüstəmovun da iştirak etdiyi görüş bir vaxtlar Azərbaycan tarixində mühüm rol oynamış Nobel qardaşlarının iqamətgahında qeyri-rəsmi formatda baş tutub.

İfaçılar sosial şəbəkələrdəki səhifələrində İsveç səfiri ilə görüşlə bağlı təəssüratlarını bölüşüb, səfirlə söhbətdən həzz aldıqlarını, ondan faydalı məsləhətlər aldıqlarını, dostluq şəraitində hər iki ölkənin mədəniyyətini müzakirə etdiklərini qeyd ediblər.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.