"Bununla bir ilkə imza atacağam"

"Bununla bir ilkə imza atacağam"
397 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev yaradıcılığında yenilik etməyə hazırlaşır. 

Axşam.az xəbər verir ki, sənətçi məclislərə orkestrla qatılacaq. O bildirib ki, sənət aləmində bunu ilk edəcək ifaçı olacaq:

"Təkcə toy yox, tədbir üçün də bunu edəcəyik. Hər bir məkana, məclisə uyğun repertuar olacaq. Artıq məclisə orkestrla gedəcəyəm. Hətta məşqlərə başlamışıq. Bizdə musiqiçilər sadəcə oturmaq, görüntü üçün deyil. Həm də canlı ifa edəcəklər. Mənimlə birlikdə iki xanım ifaçı olacaq. "El" qrup adı ilə fəaliyyət göstərəcəyik. Məclis üçün xüsusi şoular, repertuarlar, çıxışlar hazırlanır. Bunun üçün İncəsənət Universitetinə gedib oradan ifaçılar seçmişəm.

Bu gün tanınan, üzdə olan sənətçilərə dəvət göndərəndə naz edirlər. İncəsənət Universiteti yeni ifaçılar yetişdirir. Biz də bundan istifadə etməliyik. Buna görə mənə dəstək olan universitetin müəllimi İntiqam Kərimova təşəkkür edirəm. Tək bir janrda oxumayacağıq. Bu gün gündəmin nəbzini tutan bütün janrlardan istifadə olunacaq. 

Bu işə maddiyat qoyuram. Düşünürəm ki, hər il telefon modelləri dəyi.ir. Biz sənətçilər də dəyişib, yeniliklər etməliyik. Buna görə də düşündüm ki, ilk mən edim. Çox xırdalıqları açıqlaya bilmirəm. Çünki kimsə götürüb məndən əvvəl edə bilər. Amma onu deyim ki, Azərbaycan sənətçiləri arasında bunu edəcək ilk ifaçı mən olacağam".