Nigeriyaya gedən Meqanın geyimi tənqid olundu - Fotolar

Nigeriyaya gedən Meqanın geyimi tənqid olundu - Fotolar
1873 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın onunla birlikdə Nigeriyaya səfəri qalmaqalsız ötüşməyib.

Axşam.az xəbər verir ki, bu dəfə onun geyimi müzakirə obyektinə çevrilib. Susseks hersoqu və hersoginyası Afrika ölkəsinə qastrol səfərinə "Archewell" Fondu tərəfindən dəstəklənən məktəbi ziyarət etməklə başlayıb.

Meqan məktəbə gəlişi üçün kaliforniyalı dizayner Heidi Merrickin kolleksiyasından açıq kürəyi olan ipək midi paltar seçib. Diqqət çəkən isə geyimin modelinin "Vindzor" olması olub. Onun bu modeli təsadüfən seçmədiyi yazılıb. O, bununla hələ də kral ailəsinin üzvü olduğunu göstərməyə çalışıb. 

Bu, Meqanın geyimi ilə bağlı yeganə şikayət olmayıb. Bir çox internet istifadəçisi, xüsusilə Meqanın getdiyi ölkəni nəzərə almadığını, paltarın çox açıq olduğunu yazıb.

Nigeriyalıların yarıdan çoxu açıq geyimi sevmir, İslamı qəbul edib. Ştatın rəsmi turizm saytında hətta ənənəvi Qərb geyimlərinin məqbul olaraq qaldığı, lakin təvazökarlığın təşviq edildiyi bildirilir. Çoxları isə geyimin məktəbə uyğun olmadığını qeyd edib.