Elza Seyidcahan İsveçdə - Fotolar

Elza Seyidcahan İsveçdə - Fotolar
746 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə İsveçin müxtəlif şəhərlərindən gələn 100-dən çox qonaq iştirak edib. 

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gecədə Əməkdar artist Elza Seyidcahan mahnılar səsləndirib. Onunla birlikdə səhnəyə bacısı Rasimə Seyidcahan da çıxıb.

Təəssüratlarını bölüşən E.Seyidcahan "Avropada yaşayan azərbaycanlılar konsertə gəlmişdi. Çox isti və səmimi bir ortam yaranmışdı" deyə, əlavə edib.