Rusiyalı aparıcı Bakıda 3 kiloqram kökəldiyini yazdı - Fotolar

Rusiyalı aparıcı Bakıda 3 kiloqram kökəldiyini yazdı - Fotolar
1008 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı model və teleaparıcı Svetlana Bondarçuk Bakıya gəlib.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, şəhərdə çəkdirdiyi fotolarına qısa şərh yazıb:

"Alça mövsümü açıqdır. Bakı, belə gözəl günlər üçün çox sağ ol! Sizinlə olmaq elə yaxşıdır ki... +3 kiloqram çəki, təəssüratlar isə daha çoxdur".

Svetlana Bakıda mərhum Xalq rəssamı Tahir Salahovun qızı, rəssam və heykəltəraş Aydan Salahova ilə də bir araya gəlib.