Müğənni Nura Suri yeni layihəsi üçün məşhurları bir araya toplayıb.
Axşam.az xəbər verir ki, ifaçı “Mənim xətrimə” adlı mahnısı üçün obyektiv qarşısına keçib. Onun tərəf müqabilləri aparıcı Samir Bayramlı, müğənnilər Dilarə Kazımova, Samirə Əfəndi, aktrisa Pərvin Abıyeva və bloger Nagehan Abdullayeva olub.
Sözləri Tofiq Sədrəddin, musiqisi Fərid Aqaya məxsus mahnını rejissor Xəyal Səlimov ekranlaşdırıb. Klip üçün Nura Suri iki obraza bürünüb.
Layihə üzərində 20 nəfərdən ibarət komanda çalışıb.