Daha bir qızı Bred Pittin soyadını istəmir

Daha bir qızı Bred Pittin soyadını istəmir
854 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin qızı Şilo da qərarını verib.

Axşam.az xəbər verir ki, o, atasının soyadından imtina etmək istəyir. 18 yaşlı qız bunun üçün məhkəməyə rəsmi şəkildə müraciət ünvanlayıb.

Qeyd edək ki, bundan əvvəl Pitt və Colinin qızları Zahara və Vivyen də atasının soyadından imtina edib.

Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.