“Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva övladları ilə foto yayımlayıb.
Axşam.az xəbər verir ki, şəkillər müğənninin oğlu İsgəndərin ibtidai sinfi bitirməsi münasibəti ilə olan gecədə çəkilib. Fotolarda İsgəndər və Safurənin qızı Aişənin türkiyəli müğənni Mustafa Sandalla görüntüsü də yer alıb.
İfaçı şəklə “Səninlə fəxr edirəm və səni çox sevirəm” sözlərini yazıb.
Qeyd edək ki, S.Əliyeva mərhum energetika naziri Natik Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlük İstanbulda yaşayır və onların 3 övladı var.