Dünyanın danışdığı cütlüyün toyundan əvvəl daha bir şənlik - Fotolar

Dünyanın danışdığı cütlüyün toyundan əvvəl daha bir şənlik - Fotolar
3705 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanlı milyarder, iş adamı Mukeş Ambani 28 yaşlı oğlu Anant Ambaninin toyu şərəfinə daha bir şənlik təşkil edib.

Axşam.az xəbər verir ki, Anant və nişanlısı, Hindistanlı milyarder Viren Merçantin qızı, 29 yaşlı Radhika Merçantla min qonaqla birlikdə lüks gəmidə Aralıq dənizinə yelkən açıblar.

Hindistanın Camnagar şəhərindəki ailə mülkündə üç günlük əyləncə gecəsindən sonra 1200 ən yaxın adamla kruizlə dənizə açılıb. "American Vogue" jurnalının məlumatına görə, buraya bəy və gəlin qohumları, dostları, ailə şirkətlərinin işçilərini və hətta ailə həkimləri daxil olub.

4 gün davam edən səyahətdə bəylə gəlin "Dolce & Gabbana", "Versace", "Yves Saint Laurent" və "Dior" kimi məşhur brendlərdən olan geyimlər geyiniblər. Onların səyahəti bir neçə fərqli dayanacaqdan ibarət olub.