Həmidə Ömərova və Sərxan Sərxan 41 ildən sonra bir arada - Video

Həmidə Ömərova və Sərxan Sərxan 41 ildən sonra bir arada - Video
3482 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Sərxan Sərxanın ad günü konserti baş tutub.

Axşam.az xəbər verir ki, gecədə Xalq artisti Həmidə Ömərova da iştirak edib. Konsert zamanı fonda hər iki sənətkarın rol aldığı "Musiqi müəllimi" filmindən kadrlar yayımlanıb. Sərxan səhnədə filmdə səsləndirdiyi "List çinara" mahnısını ifa edib.

Qeyd edək ki, S.Sərxan sözügedən ekran işində gənc musiqi müəllimini, H.Ömərova isə "Şəfiqə" obrazını canlandırıb. Film 1983-cü ildə yayımlanıb.