Namiq Aygün Kazımova ilə bağlı sualları cavablandırdı

Namiq Aygün Kazımova ilə bağlı sualları cavablandırdı
1362 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bizim səhnədə duet oxuyan zaman videolarımız sosial şəbəkələrdə çox paylaşılır. Hərdən Aygün xanımla zarafatlar edirik. Misal üçün, o çalışır ki, mikrofonu əlimdən alsın və sairə".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Sözbaz" verilişinə açıqlamasında deyib. İfaçı Xalq artisti Aygün Kazımova ilə duetlərindən danışıb. O bildirib ki, məclislərdə birlikdə çıxış etdikləri anların görüntüsü sosial şəbəkələrdə viral olur:

"Soruşurlar ki, Aygün xanım niyə belə edir? Ona görə edir ki, sizə maraqlı olsun. Bizim səhnədəki hər bir hərəkətimiz tamaşaçıya maraqlıdır. Onlar bu videolara baxıb, "düzüb-qoşurlar". Doğrudan da, bunlar bizim üçün xoşdur. Əlbəttə ki, bizim duetlərimizin bu qədər tələbatlı olması mənim üçün çox xoş bir haldır. Bu duetləri oxumaq öncədən Aygün xanımın ideyası olub. Görünür ki, bu duet ideyası da özünü doğruldub.

Mənim bu yola imza atmağım böyük tənqidlərə və şoklara səbəb olmuşdu. Amma bilirdik ki, bu, yaxşı işdir. Bizdə tərsinə oldu, səs-küy yarandı, tələbat oldu, ondan sonra biz Aygün xanımla yenidən duetlər oxumağa başladıq. Bizim münasibətlərimizdə bi raz soyuqluq var idi, hərəmizin öz işi-gücü... Tamaşaçılar sanki özləri bizi yenidən birləşdirdilər ki, yenidən oxumalısınız".