Alsudan ərinin ona 2,5 milyardlıq təklif etməsi xəbərinə reaksiya

Alsudan ərinin ona 2,5 milyardlıq təklif etməsi xəbərinə reaksiya
829 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Alsunun Bakıda doğulan milyonçu həyat yoldaşı Yan Abramov ondan boşanmaqdan imtina edib.

Axşam.az xəbər verir ki, bu barədə "StarHit" məlumat yayıb.

Bildirilib ki, iyunun 27-də ikilinin boşanma prosesi ilə bağlı məhkəmə iclası keçirilib. Məhkəmədə nə Alsu, nə də Yan iştirak edib. Milyarderin nümayəndələri barışmaq üçün vaxt tələb ediblər. Bu səbəbdən məhkəmə iki ay təxirə salınıb. 

Həmçinin Yan barışmaq üçün Alsuya 2,5 milyard rubl dəyərində aktivlərini və əmlak təklif edib. Buraya Kiprdə villa, eksklüziv zinət əşyaları kolleksiyası, lüks avtomobillər və 771 milyon rubl dəyərində penthaus daxildir.

Lakin Alsu çıxan xəbərləri yalanlayıb. O, "Peopletalk"ə müsahibəsində Abramovun təklifinin reallığa uyğun olmadığını və 2,5 milyard haqqında xəbərin həyat yoldaşının piar komandası tərəfindən ortaya atıldığını deyib.

"Bu, zədələnmiş reputasiyanı xilas etmək cəhdidir" deyə, o bildirib.

Qeyd edək ki, Alsu və Yan Abramovun ayrılması ətrafında çoxlu söz-söhbətlər yayılıb. Yanın Alsuya model Anastasiya Reşetova ilə xəyanət etdiyi iddialar arasındadır.