Roza Cəlilovanın yubileyindən - Fotolar

Roza Cəlilovanın yubileyindən - Fotolar
1149 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti "Şərəf" və "Şöhrət" ordenli xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə rəqs sənətinin əfsanəsi hesab olunan Roza Cəlilovanın yaradıcılığından bəhs olunub, onun keçdiyi sənət yolu xatırlanıb.

Məşhur rəqqasənin keçdiyi sənət yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Konsert proqramında “Suita”, “Sarı gəlin”, “Buleyli”, “Qaytağı", “Uzundərə", “Süzən qızlar”, “Günəşin doğuşu”, “Çayçı” və digər milli rəqslər ifa olunub.

Rəqs sənətinin korifeyi Roza Cəlilovanın nəvəsi Lalə Aslanovanın ifasında “İlk bahar” rəqsi və digər rəqs nömrələri görkəmli ifaçının sənət estafetinin layiqli davamçısı olduğunu nümayiş etdirib.