Nazir Xalq artistləri ilə Özbəkistanda - Fotolar

Nazir Xalq artistləri ilə Özbəkistanda - Fotolar
4554 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Naziri Adil Kərimli Xalq artistləri Mənsum İbrahimov və Alim Qasımovu Özbəkistana dəvət edib.

Axşam.az xəbər verir ki, bu barədə xanəndə Mənsum İbrahimov sosial şəbəkədə bildirib. Birgə fotolarını paylaşan sənətçi bunları yazıb:

"Özbəkistanın Zomin şəhərində sabah keçiriləcək Beynəlxalq Muğam Festivalının açılışında mədəniyyət nazirimiz cənab Adil Kərimlinin dəvətiylə gözəl sənətkarımız Alim Qasımovla birgə fəxri qonaqlar qismində iştirak edəcəyik".