Xalq artisti Nəzakət Teymurova və aparıcı Ceyran Rəhimova istirahətə yollanıb.
Axşam.az xəbər verir ki, iki tanınmış sima dincəlmək üçün Türkiyənin Antalya bölgəsini seçiblər. Orada ən bahalı otellərdən birində qalan müğənni və aparıcı fotolarını instaqram izləyiciləri ilə bölüşüblər.
C.Rəhimova paylaşımına "Rahatlıqla tapılan hüzur həyatın ən qiymətli hədiyyəsidir" sözlərini yazıb.
Qeyd edək ki, C.Rəhimova açıqlamasında səyahəti N.Teymurovaya ad günü hədiyyəsi etdiyini deyib.