Müğənninin "Elza və kuklalar" adlı yubiley gecəsi - Fotolar

Müğənninin "Elza və kuklalar" adlı yubiley gecəsi - Fotolar
1369 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan 55 yaşını Azərbaycan Dövlət Kukla Teatrında qeyd edib.

Axşam.az xəbər verir ki, bu münasibətlə  teatrda "Elza və kuklalar" adlı tədbir keçiriləcək. Yubiley gecəsində bəstəkar-müğənninin uşaq və yeniyetmələr üçün yazdığı mahnılar səslənib.

Əməkdar artist Firuzə İbadova, aparıcı Saleh Bağırov və bir neçə sənət dostu müğənnini gecədə tək qoymayıblar. 

Tədbir E. Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşasının nümayişi ilə bitib. 

Xatırladaq ki, Mikayıl Müşfiqin yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi (2017) təqdim olunub. 

Foto: Orxan Şərəfxanov