Xalq artisti Miri Yusifin Yaşıl Teatrda keçirilən solo konsertinin ilk günü baş tutub.
Axşam.az xəbər verir ki, müğənni gecəyə “Mən küləyəm” mahnısı ilə başlayab. Səhnəyə ağ geyimdə çıxan Miri Yusif tamaşaçıları salamlayaraq “Miri Yusif dünyasına xoş gəlmisiniz. Konsertimə gələn hər kəs ruh əkizimdir” sözlərini söyləyib.
Bir-birinin ardınca “Yoxam mən”, “Mavi güllər”, “Mən küləyəm”, “Tərkidünya" mahnılarını oxuyan ifaçı şəhidləri də unutmayıb. O, konsertində şəhid ailələrinin yer aldığını deyərək “Xatirə” mahnısını onlara ithaf edib.
“Alqışlarınızı əsirgəməyin. O bizim üçün milyondur” deyən Miri Yusif fanatlarının gətirdiyi hədiyyələri alıb.
İfaçı “Mən küləyəm" mahnısı zamanı musiqiçilərə əsəbiləşərək, ifasını yarımçıq kəsib. “Ritmdən qaçmayın, yenidən başlayın” deyərək, o mahnını yenidən oxuyub.
Ənənəsinə sadiq qalan ifaçı həyat yoldaşı Nərgizə həsr etdiyi mahnını da səsləndirib.
“15 il əvvəl bu məkanda Röya Ayxanın konsertində onu gördüm və vuruldum. 1 ay sonra toyumuz oldu. Nərgizim” deyə, Miri Yusif tanışlıq hekayələrini danışıb.
Anşlaqla keçən konsert daha iki gün davam edəcək.
Foto: Orxan Şərəfxanov