Xərçəngdən əziyyət çəkən Uels şahzadəsi, 42 yaşlı Keyt Middlton uzun müddət sonra ictimaiyyət arasına çıxıb.
Axşam.az xəbər verir ki, şahzadə Uimbldon tennis turnirinin final matçını izləməyə gəlib. İnsanlar stadiona daxil olan Middltonu ayaqüstə alqışlayıblar. Şahzadənin hədsiz çəki itirməsi diqqətdən qaçmayıb.
Onun fotoları sosial şəbəkədə müzakirə edilib. İzləyicilər Middltonun kimyaterapiyalara görə bu qədər çəki itirdiyini yazıblar.
Qeyd edək ki, şahzadə Uilyamın həyat yoldaşı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini və müalicələrə görə heç bir tədbirlərə qatıla bilməyəcəyini açıqlamışdı.