Əməkdar artist Abbas Bağırov yeni layihəsinin anonsunu verib.
Axşam.az xəbər verir ki, müğənni yeni albom üzərində çalışdığını deyib. O bildirib ki, albom üzərində bir neçə ildir iş gedir:
"Artıq bir neçə ildir üzərində çalışdığım yeni albomum demək olar ki, hazırdır. 1 həftəəvvəl dostumla birlikdə 25 il öncə oxuduğum, bəstəsi dəyərli Sevda Məmmədliyə aid olan "Necə unudum səni" mahnımın yeni versiyasına klip çəkdik. Amma bu son deyil, qarşıda daha 4 klipimiz var, tam fərqli tərzlərdə. Onu da qeyd edim ki, 6 aydır bu kliplərim üçün öz zövqümə uyğun fərqli geyimləri xarici ölkələrdən gətizdirdim. Ümumi görünüşdə əla olacağına inanıram və ən əsası, sizin zövqünüzə uyğun olacağına əminəm".