Aktrisa Aydan Axundzadə ən böyük arzusunu gerçəkləşdirib.
Axşam.az xəbər verir ki, sənətçi İzmir bölgəsində yerləşən qədim Efes şəhərinə getdiyini bildirib:
"Ən böyük" dediyim arzularımdan biri də gerçəkləşdi. 26 əsr bundan öncə salınan Qədim Efes şəhərində dünyanın 7 möcüzəsindən biri olan Artemidanın Məbədini gördüm. Kelsus kitabxanası bütün bu dağıntılar arasında ən yaxşı qalmış və möhtəşəm təəssüratlar buraxan mənzərələrdən biri idi. Səyahətin sonunda isə holoqram muzeyində göz önündə canlanan Qədim Efes şəhərinin ilkin halı təqdim olundu. Axırıncı otaqda 26 əsr əvvəl yaradılan və hələ də əla vəziyyətdə olan Artemida heykəlini də gördüm.
Əslində Yunan Mifologiyasında Meduza Qorqonaya qarşı qəddar və ilahiyə yaraşmayan əməlinə görə Artemida ən sevmədiyim tanrıdı. Amma onun şərəfinə tikilən ikinci məbəd 7 möcüzədən biri olduğu üçün nə qədər tamamən yer üzündən silinməyib, görmək istədim.
Hə, yeri gəlmişkən, Meduza Qorqonanın da məbədi var idi. Tək günahı çox gözəl olmağı idi və bu qədər əzab çəkmiş, sonra da lənətlənmiş biri üçün daha böyük məbəd tikə bilərdilər. Bir sözlə, oradan aldığım təəssüratlar, xatirələr bir ömür məni ilhamlandıracaq qədərdir. Hələ irəlidə dünyanın digər 6 möcüzəsi məni gözləyir.
Kelsus kitabxanası önündə 2 böyük "eşşək arısı" məni amansızca sancdı, amma ya güclü təəssüratdan idi, ya sevincdən, ya da bilmirəm nədən idisə bədənim belə xırda şeylərə reaksiya verməyib, fikrini daha gözəl məqamlara cəmləmək qərarına gəldi. Ümid edirəm digər "möcüzələrdə" başqa heç bir canlı dişlərini və ya iynələrini mənim üzərimdə sınamaq istəməz".