Müğənni Cennifer Lopez iyulun 24-də tamam olacaq 55 yaşını təmtəraqlı məclislə bir neçə gün əvvəldən qeyd edib.
Axşam.az xəbər verir ki, Hamptonsda keçirilən məclisdə dress-code olub. Belə ki, Hamptonsda keçirilən tədbirdə qonaqlardan "Bridgerton" (“Netflix” serialı - red.) tərzində geyinmələri istənilib.
Gecədə qonaqlar kraliyyət ailəsi üslubunda geyimlərdən istifadə ediblər. CeyLonun anası Qvadelupe Rodriges də məclisdə qonaqlar sırasında yer alıb. Gecədə Lopezin yanında Sarah Cesika Parker və Lusi Paez də olub.
Bütün medianın və qonaqların gözü ifaçının həyat yoldaşı, aktyor Ben Affleki axtarsa da, o məclisə qatılmayıb.
Qeyd edək ki, Cennifer Lopez 18 illik ayrılıqdan sonra 2021-ci ildə Ben Affleklə yenidən bir araya gəlib. Onlar ötən ilin iyulunda gizli şəkildə evləniblər. Lakin son 3-4 aydır cütlüyün ayrılıq xəbərləri, hətta boşanmaq üçün məhkəməyə müraciət etdikləri deyilir.