Bu rayonlara dolu düşüb, leysan yağıb - Faktiki hava

Bu rayonlara dolu düşüb, leysan yağıb - Faktiki hava
1325 dəfə oxunub
  • A-
  • A
  • A+

Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.

Bu barədə Axşam.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.

Şəkidə və Sarıbaşda (Qax) duman müşahidə olunub.

Şimal -qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq  isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.