66 yaşlı Hollivud ulduzu Şeron Stoun Türkiyəyə gedib.
Axşam.az xəbər verir ki, aktrisanın yanında oğlu Lerd Stoun da olub.
“Qlobal ikon mükafatı”nı almaq üçün İstanbula gələn Ş.Stoun 3 gündür orada dincəlir. O, oğlu ilə hoteldən çıxarkən görüntülənib.
Qeyd edək ki, mükafat "Qızıl Qlobus" tərəfindən ilk dəfə ABŞ hüdudlarından kənarda təqdim olunacaq. Mərasim avqustun 2-də Bodrumda keçiriləcək.