Dünyaca məşhur müğənni Rikki Martin Azərbaycanla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, o, sosial media hesablarında qızı ilə təyyarədən olan fotosunu "Atasının balaca qızı. Hər şey üçün təşəkkürlər, Türkiyə. Növbəti dayanacaq Azərbaycan" sözləri ilə paylaşıb.
Qeyd edək ki,bu, Riki Martinin Bakıya ilk səfəridir. O, bu gün paytaxtda məkanların birində konsert verəcək.