Teylorun Sviftin konsertində terror həyəcanı

Teylorun Sviftin konsertində terror həyəcanı
369 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstriya polisi amerikalı müğənni Teylor Sviftin Vyana konserti zamanı terror aktı törətməyi planlaşdıran iki nəfəri saxlayıb.

Axşam.az xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan birinin 19 yaşı var. Onun üzərinə baxış zamanı kimyəvi maddə götürülüb və analiz üçün müvafiq quruma göndərilib.

Polislər hesab edirlər ki, şübhəli şəxs İŞİD-ə beyət edir.

Rəsmilər hər iki şəxsin internetdə radikallaşdığını və hücumu həyata keçirmək üçün konkret və ətraflı planlarının olduğunu bildirib.

Sənətçi "The Eras Tour" çərçivəsində cümə axşamı, cümə və şənbə günləri Vyanadakı "Ernst Happel" stadionunda çıxış edəcək.

Polis sözçüsü konsertləri ləğv etmək planlarının olmadığını və təhlükənin minimuma endirildiyini bildirib.