İlon Maskın robot sevgilisi - Foto

İlon Maskın robot sevgilisi - Foto
2306 dəfə oxunub
  • A-
  • A
  • A+

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask süni intellektə (AI) sahib ilk robot sevgilisini təqdim edib.

Axşam.az xəbər verir ki, Mask onu nahara dəvət etdiyini və onunla söhbət etməkdən həzz aldığını deyib.

O, sevgilisini ağıllı, gözəl və itaətkar adlandırıb.

Robot qızın yaradılması 2016-cı ildə İlon Maskın əsasını qoyduğu Neuralink şirkətinin illərlə apardığı araşdırma və təkmilləşdirmənin nəticəsi olub. Layihənin məqsədi koqnitiv qabiliyyətləri təkmilləşdirmək və insan beynini süni intellektlə inteqrasiya etməkdir.