Xalq artisti Firəngiz Mütəllimova instaqram hesabındakı paylaşımları ilə diqqət çəkib.
Axşam.az-ın məlumatına görə, sənətçi həm özünün, həm də həmkarlarının arxiv fotolarını yayımlayıb.
Şəkillərdə mərhum Xalq artisləri Ramiz Novruz, Ağasadıq Gəraybəyli, Muxtar Avşarov, Telman Adıgözəlov, mərhum Əməkdar artist Sevil Xəlilova, həmçinin, Xalq artisləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, aktrisa Məlahət Abbasova və digərləri yer alıb.