Avqustun 18-də vəfat edən məşhur fransalı aktyor Alen Delon bu gün dəfn edilib.
Axşam.az xəbər verir ki, aktyor Duşi kommunasında malikanəsinin ərazisində torpağa tapşırılıb. Dəfn mərasiminə Delonun övladları, qohumları, yaxın dostları, eləcə də keçmiş həyat yoldaşı qatılıb.
Aktyor vəsiyyətinə əsasən öz itlərinin yanında dəfn edilib. Alen həyatı boyunca 50-dən çox itə sahiblik edib. Həmin ərazidə isə onun 35 iti dəfn olunub.