Teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.
Axşam.az xəbər verir ki, bu barədə Fransanın TF1 telekanalı məlumat yayıb.
Durov Parisə Azərbaycandan uçub. Onunla birlikdə mühafizəçi və jurnalistlərin adını çəkmədiyi bir qadın olub.
İş adamı Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib.
Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır.
Həmçinin qeyd olunub ki, Durovun rusla yanaşı həm də Fransa vətəndaşlığı var. O, axtarışda olduğunu bilib və Fransaya getməkdən yayınıb. Onun bu dəfə hansı səbəbdən Fransaya gəldiyi isə məlum deyil.
İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.