"Sihirli annem"in aktrisası ailə qurur - Video+Fotolar

"Sihirli annem"in aktrisası ailə qurur - Video+Fotolar
5060 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sihirli annem" serialında "Çilek" obrazını canlandıran Zeynəb Özkaya ailə qurmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, Zeynəb ötən gün 7 ildir eşq yaşadığı sevgilisi Oğulcan Candan evilik təklifi alıb.

Həmin anın görüntülərini sosial şəbəkədə paylaşan aktrisa "Bir az əvvəl belə bir şey oldu, mən hələ də şokdayam... Heç gözləmirdim" sözlərini yazıb.