Pavel Durov 12 cinayətdə ittiham olunur

Pavel Durov 12 cinayətdə ittiham olunur
801 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisin Le Burje hava limanında saxlanılan teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durov 12 cinayətdə ittiham olunur.

Axşam.az xəbər verir ki, bu barədə Paris prokurorluğunun press-relizində qeyd olunub.

İttihamlara aşağıdakılar daxildir:

mütəşəkkil qrupların qanunsuz əməliyyatlarının aparılması üçün onlayn platformanın idarə edilməsində iştirak;

hüquq-mühafizə orqanlarının tələbi ilə araşdırma üçün zəruri olan məlumatları və ya sənədləri verməkdən imtina etdikdə;

yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanması və yayılmasında iştirak;

narkotiklərin paylanmasında iştirak;

kibercinayətkarlıqda iştirak;

fırıldaqçılıqda iştirak;

ən azı 5 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət və ya cinayət törətmək məqsədilə icmada iştirak;

çirkli pulların yuyulması;

kriptoqrafik xidmətlərin və məxfilik vasitələrinin qanunsuz təqdim edilməsi.

İş adamı avqustun 28-dək həbsdə qala bilər. Prokurorluq əlavə edib ki, Durova qarşı iş iyulun 8-də açılıb.

Fransa prezidenti Emmanuel Makron isə Durovun həbsinə münasibət bildirərkən deyib ki, teleqram rəhbərinin işi heç bir şəkildə siyasi deyil və ölkə ən çox ifadə və ünsiyyət azadlığına sadiqdir.