Parisin Le Burje hava limanında saxlanılan teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovla bağlı xəbərlər yayılmaqda davam edir.
Axşam.az-ın məlumatına görə, Pavel Durov iyun səfəri zamanı sevgilisini gəzdirmək üçün Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bir milyon rubla helikopter icarəyə götürüb. Bu, heç vaxt helikopterlə uçmayan Yuliya üçün sürpriz olub. Uçuş tamamilə məxfi keçirilib, hətta turistlərdən birinin belə adının açıqlanması qadağan olunub. Bu haqda "Shot" teleqram kanalı görüntülər yayıb.
Durovla Qırğızıstana uçanlar arasında azərbaycanlı bloger Hüseyn Həsənov və 24 yaşlı Yuliya Vavilova da olub. Yerli KİV Durovun orada iş təklifi aldığını yazıb. Bildirilib ki, layihə üçün ondan 165 milyon avro tələb edilib. Ona “Three Peaks” xizək kurortu üçün investor kimi təklif gəlib.
Durov Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən səkkiz nəfərlik helikopteri saatı 3000 dollara icarəyə götürüb. Cütlük üç saat uçub, o, ümumilikdə helikopter üçün təxminən bir milyon rubl ödəyib.
"Qrup halında iki helikopterlə Qırğızıstanın görməli yerlərinə uçduq. Cütlük - Durov və Vavilova - ən böyüyündə, Hüseyn - daha təvazökarda - dörd nəfərlik helikopterdə əyləşib" deyə, mənbə bildirib.