"Artıq arzum reallaşdı" - Fotolar

"Artıq arzum reallaşdı" - Fotolar
1375 dəfə oxunub
  • A-
  • A
  • A+

Kikboksçu Zabit Səmədov Azərbaycanda seriala çəkilir.

Axşam.az xəbər verir ki, o, Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq "Azərbaycan Atabəyləri" adlı ekran işində rol alacaq. İdmançı bununla bağlı açıqlama verib. O bildirib ki, filmə çəkilmək arzusu olub:

"Hədəfim hər zaman uğurlarımı davam etdirmək və azarkeşlərimi, xalqımı qələbələrimlə sevindirmək olub. Etiraf etməliyəm ki, qardaş ölkə Türkiyədə yayımlanan “Kuruluş Osman” serialından təklif gələndən sonra bu istəklərimi yalnız idman sahəsində deyil, həm də film sektorunda reallaşdırma fürsəti yarandı və yeni təcrübələr qazandım. Məşhur serialın çəkiliş dövründə isə bir azərbaycanlı kimi arzum olub ki, ölkəmizin də qədim və zəngin tarixi, dövlətçilik ənənələri ekranlaşdırılsın və mən də qəhrəmanlarımızın dünyaya tanıdılmasına rol alım. Bu gün qürurla deyə bilərəm ki, artıq həmin arzum da reallaşır. “Azərbaycan Atabəyləri” çoxseriyalı filmi çox yaxında izləyicilərə təqdim olunacaq. Belə bir fürsəti mənə yaratdığı üçün başda Azərbaycan Televiziyası olmaqla bütün yaradıcı heyətə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, serialda Z.Səmədovla yanaşı Xalq artisti Mehriban Zəki də çəkilir. Z.Səmədov Şəmsəddin Eldəniz obrazını canlandıracaq.