Alsu və Yan Abramov boşandı

Alsu və Yan Abramov boşandı
648 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Alsu və Bakıda doğulan yəhudi əsilli iş adamı Yan Abramovun 3 aydır davam edən məhkəməsi bitib.

Axşam.az xəbər verir ki, cütlük ötən gün rəsmən boşanıb.

Alsu 18 illik evliliyinin bitməsindən sonra ilk açıqlamasını instaqram hesabında edib. O, paylaşımına "Hər gün müxtəlif qərarlar qəbul edirik, bəzən onlar həyatımızı əbədi dəyişir. Bu gün yeni fəsil başlayır" sözlərini yazıb.

Abramovun vəkili isə bu ayrılığı "Faciə" adlandırıb. 

Qeyd edək ki, müğənni və iş adamının üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və 7 yaşlı Rafael. Uşaqlar anaları ilə yaşamağa davam edəcəklər.