Ərbil kəbin kəsdirdiyi sevgilisindən ayrıldı

Ərbil kəbin kəsdirdiyi sevgilisindən ayrıldı
961 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla kəbin kəsdirən şoumen Mehmet Ali Ərbilin sevinci uzun çəkməyib. 

Axşam.az xəbər verir ki, cütlük ayrılıb. Bu haqda Ceylan özü məlumat yayıb.

"Bu günə qədər hər şeyi açıq-aşkar yaşadığımız üçün bunu da izah etməyə ehtiyac duyuram. Mehmet Ali ilə yolları ayırdım. İnşallah, bu dəfə "gülünc, saxtakar" yazmaz, bizə hörmət edərsiniz. Ayrılığın səbəbi fikir ayrılığıdır. Bir-birimizə daha çox zərər vermirik. Həyatıma qaldığım yerdən, xaossuz və xoşbəxt bir şəkildə davam etmək istəyirəm" deyə, o, bildirib.

Qeyd edək ki, cütlük bir müddətdir eyni evdə yaşayırdı.