Uşaqlarının anası Durovu məhkəməyə verib

Uşaqlarının anası Durovu məhkəməyə verib
1055 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisin Le Burje hava limanında saxlanılan teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durovun ondan üç övladı olan keçmiş sevgilisi İrina Bolqar İsveçrədə ona qarşı iddia qaldırıb.

Axşam.az xəbər verir ki, o, Durovu uşaqlarından birinə qarşı fiziki zorakılıqda ittiham edir. Bu barədə "American Forbes" məlumat yayıb.

Bolqarın sözlərinə görə, Durov 2017-ci ilin sentyabrında doğulan kiçik oğluna 2021-2022-ci illər arasında beş dəfə zorakılıq tətbiq edib. Nəticədə uşaq beyni silkələnmə də daxil olmaqla xəsarətlər alıb, yuxu problemləri və narahatlıq da yaranıb. Bolqar sübut kimi 2021-ci ilin noyabrında Parisdə aralarında mübadilə edilən mesajların stenoqramını və 2023-cü ilin aprelində uşağın yaxşı yata bilmədiyi və narahatlıqdan əziyyət çəkdiyi barədə tibbi arayış təqdim edib.

Bolqar 2023-cü ilin martında da onu məhkəməyə verib. Buna səbəb Durovun 150 min avro məbləğində aliment ödəməyi dayandırması olub.

Durovun fiziki zorakılıq tətbiq etməsindən üç aydan çox vaxt keçdiyi üçün Cenevrə məhkəməsi əvvəlcə iddianı qəbul etməyib. Lakin Bolqar apellyasiya şikayəti verib  işə baxılıb.

Yazın əvvəlində İrina Bolqar açıq şəkildə Pavel Durovdan üç uşaq dünyaya gətirdiyini açıqlayıb. Durovun özü daha sonra sperma donoru olduğunu elan etdi, ona görə də haqqında çox az məlum olan iki rəsmi övladından əlavə, 12 ölkədə yüz bioloji övladı ola bilər açıqlamasını verib.

Bolqar haqlı olduğuna dair sübutlar təqdim edib. O bildirib ki, ictimaiyyətə Durovla münasibətini açıqladıqdan sonra ona çox sayda qız yazıb. Onlardan birinin Macarıstanlı model Diana Bako olduğu ortaya çıxıb. Bolqarın dediyinə görə, Durov onu aldadıb.

Qeyd edək ki, 2021-ci ildən Fransa vətəndaşlığı olan Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. İstintaq sahibkarı Telegram-da moderasiyanın olmaması səbəbindən terrorizm, dələduzluq və narkotik alveri ilə günahlandırıb.