Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Parisin Le Burje hava limanında saxlanılan teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durov dünən azadlığa buraxılıb.
Axşam.az xəbər verir ki, Pavel hazırda məhkəmə nəzarəti altındadır, ona Fransa ərazisini tərk etmək qadağandır və biznesmen beş milyon avro məbləğində girov ödəməlidir. Bu haqda Paris prokurorluğu məlumat yayıb. Durov altı cinayətdə, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham olunur.
Milyarderdən həftədə iki dəfə polis idarəsinə gəlmək tələb edilir. Pavel Durovun azadlıqdakı ilk kadrlarını "Shot" teleqram kanalı dərc edib. Tamamilə qara geyinmiş və gün eynəyi taxmış sahibkar məhkəmə binasını tərk edib, müxbirlərə məhəl qoymadan şəxsi avtomobilinə minib.