Məşhur aparıcı Nastya İvleevanın həyatındakı qara zolaq bitmək bilmir.
Axşam.az xəbər verir ki, bir müddət əvvəl çılpaq parti keçirtdiyi üçün bir çox qalmaqallara səbəb olan aparıcı layihələrin çoxundan uzaqlaşdırılıb.
Bunlardan biri isə onun çəkilməli olduğu serial olub. "Shot"un məlumatına görə, Nastya yeni filmdə əsas rollardan birini oynamalı idi və avans alıb. Amma onun yerinə başqa aktrisa tapıblar və Nastya pulu qaytarmayıb. İndi kino şirkəti israrla qonorarın faizlə qaytarılmasını tələb edir.
Nastya şirkətə 5 milyon rubl (təxminən 92 min manatdan çox) qaytarmalıdır.