Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən Azərbaycanın parataekvondoçusu Sabir Zeynalovla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, paylaşımda deyilir:
"Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!"